eyni
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
eyni
sif. Bir-birinə tamamilə oxşar, bir cür, tam bənzər; oxşarı, tayı, bənzəri, tamamilə özü. Qarı qollarını çırmalayıb, Məlik vəzirin arvadını doğuzdurdu, gördü ki, bu bir oğlan doğdu ki, eyni Yusifi-Kənan. (Nağıl). Sən varlığın eynisən, buna sözmü var? Ürəyisən, beynisən, buna sözmü var? M.Müşfiq. // Başqası yox, həmin, bəlli şeyin özü. Eyni yer. Eyni söz. – ..Fərhadoğlu yenə də sabah-sabah eyni mətləbdən söz açmalı oldu. S.Rəhimov. • Eyni ilə – 1) tamamilə eyni, tamamilə olduğu kimi, tam oxşar. Keçən aylarda da bir dəfə Cuma evinə eyni ilə belə gəlmişdi. Ə.Əbülhəsən; 2) hərfi-hərfinə, sözü-sözünə, nöqtəsinöqtəsinə, necə ki var, əslində olduğu kimi. Eyni ilə köçürmək. – Mərhumun [M.F.Axundzadənin] tərcümeyi-halına dair yuxarıda icmalən verdiyimiz əhvalata iktifa etməyib, onun öz yazdığı təfsilatı fars dilindən türkcə tərcümə edib, necə ki var, eyni ilə burada zikr edirik. F.Köçərli. Eyni zamanda (vaxtda) – 1) bir vaxtda, bir zamanda. Eyni zamanda iki otaqda mühakimə gedirdi. Mir Cəlal. Qırx .. şahmatçı ilə eyni zamanda oynayırdı. İ.Əfəndiyev; 2) həmçinin, bununla bərabər. Yaxın zamanda Bağdad dünyasına məşhur oxuyan, eyni zamanda misli görünməyən bir gözəl qədəm qoyacaqdır. M.S.Ordubadi. [Qəhrəman:] Eyni zamanda [xanımın] əlindən yaxa qurtarmaq üçün çalışırdım. H.Nəzərli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
eyni
oxşarı, tayı, bənzəri
{yakını, aynısı, benzeri}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
eyni
aynı, eşit, müsavi, tıpkı
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
eyni
a. Aynı. Eyni özi – Aynı kendisi. Eyni zamanda – Aynı zamanda. Eynige qaytarmaq – Eski haline getirmek. Eynige kelmek – Eskisi gibi olmak.