Yekə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yekə
sif.
1. Həcmcə, boyca, cüssəcə böyük, iri. Yekə daş. Yekə ağac. Yekə bədən. – Yekə başın faydası yoxdur, içində beyin gərək. (Ata. sözü). Ətrafdakı hər şey Səmədin nəzərində qeyb oldu, təkcə Məmiş Əlləzoğlunun yekə .. gövdəsi gözləri önündə dayandı. İ.Hüseynov.
2. məc. Yaşlı, kamala çatmış, hər şeyi başa düşən. Yekə oğlansan. – [Asya Gülçöhrəyə:] Sən yekə qızsan. Elə şeyləri başından çıxart. Sən hara, bazarın gedəsi hara.. Ü.Hacıbəyov. ‣ Yekə yerdən danışmaq – lovğalıq etmək, lovğa-lovğa danışıq. Əlindəki badə olsun, saz olsun; Hərəkətin işvə olsun, naz olsun; Yekə yerdən danışmağın az olsun; Düşərsən bir dərin ah-vaya, Pəri! Aşıq Məhəmməd bəy. Başından yekə danışmaq – yaşına, tutduğu mövqeyə, biliyinə yaraşmayan, uyğun olmayan sözlər danışmaq. Tez ol! Çox danışma başından yekə; Yoxsa doğranarsan lap tikə-tikə. S.Vurğun. yekə-yekə zərf Böyük-böyük, iri-iri. [Pərinisə ərinə:] ..Eşşəyin üstə yekə-yekə çuvallar çatılmışdı. C.Məmmədquluzadə. ‣ Yekə-yekə danışmaq – bax. başından yekə danışmaq (“yekə”də). [Qaraş:] Mən ölüm Həsənəli, yekə-yekə danışma! Həyə sən kişi idin, binəva Süleyman bəyə vaxtında patron yetirə idin. C.Məmmədquluzadə.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yekə
büyük, iriyarı