turklehceleri.org

şəfqət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şəfqət

is. [ər.] Rəhm, mərhəmət, acıma, yazığı gəlmə, ürəyi yanma, riqqət. [Hatəmxan ağa:] Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, Allaha şükür, dövləti-əmniyyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını oxuyub öyrənibsən. M.F.Axundzadə. [Zeynəbin] kişilərə qarşı olan nifrəti azalır, qəlbində mərhəmət və şəfqət hissi oyanırdı. Qantəmir. // Ananın övladına olan məhəbbəti kimi ürəkdən gələn dərin məhəbbət. Ana şəfqəti. – Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil. Mir Cəlal. ‣ Şəfqət bacısı – xəstəxanalarda: orta tibb təhsili olan tibb işçisi (qadın-qız). Şəfqət bacısı özünü saxlaya bilməyib ağlamağa başladı. Ə.Vəliyev. Dəstədə on nəfər əla nişançı, iki də şəfqət bacısı vardı. M.Hüseyn.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şəfqət

mərhəmət, rəhm
{merhamet, şefkat}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şəfqət

şefkat


Son arananlar: