dükan
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dükan
is. [ər.]
1. Mal satmaq üçün kiçik bina, kiçik mağaza. Qəssab dükanı. Çörək dükanı. – ..Biz deyirik, cümə günlərini tətil eliyək, dükanlarımızı bağlayaq və alışverişə məşğul olmuyaq. C.Məmmədquluzadə. [Həmzə:] Qurban! Səfəri apar, bu tin dükandan bir kəllə qənd al, ver ona, gətirsin, gedək axundun yanına. C.Cabbarlı.
2. Bəzi sənətkarların işlədikləri və hazırladıqları şeyləri satdıqları yer, kiçik bina. Bıçaqçı dükanı. Dəmirçi dükanı. Çəkməçi dükanı. – Çayçı dükanının dal tərəfində qumarxana olardı. H.Sarabski. Bahadır çayçı dükanının qabağında bir-iki yük maşınına yaxınlaşdı. S.Rəhman. • Dükan açmaq – özü üçün dükan düzəldib alverlə məşğul olmağa başlamaq. Qəzvinə varid olandan sonra .. dükan açdı, öz kəsbi ilə özünü və əyalını saxlamağa məşğul oldu. M.F.Axundzadə.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dükan
dükkân
Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)
dükan
[düka:n], at. Her hili haryt satylýan söwda jaýy.