turklehceleri.org

doğrudan

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

doğrudan

zərf Həqiqətən, düzünü desək əslində. [Məhəmmədhəsən əmi:] İzzət, doğrudan pəyədə ağlayan sən idin? C.Məmmədquluzadə. // Ara söz mənasında (çox vaxt “da” ədatı ilə birlikdə). Azərşəhr, doğrudan da, Azərbaycanın dilrüba bir guşəsidir. M.İbrahimov. Doğrudan da, getdikcə Solmazın yeri görünür, o şux tərlanın səsi eşidilmirdi. S.Rəhimov. doğrudan-doğruya 1) bax doğrudan. Amma doğrudan-doğruya Bakıda mən qəbzbazlığı artıq bir şey bilirəm. C.Məmmədquluzadə; 2) bilavasitə. Bu iş doğrudan-doğruya sizə aiddir. doğrudan-doğrusu bax doğrusu.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

doğrudan

həqiqətən, gerçəkdən, əslində
{hakikaten, gerçekten, aslında}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

doğrudan

gerçekten


Son arananlar: