turklehceleri.org

Qoz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qoz

is.
1. Bərk qabıqlı, qoşa ləpəli bir meyvə. Qoz ləpəsi. – Teyibə evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirirdi. M.Hüseyn. // Bu meyvənin ağacı. Qoz ağacından əla mebel hazırlanır. – Molla Qasım həyətdə qoz ağacının altında həsir saldırıb uzanmışdı. S.S.Axundov.
2. dan. Qoza oxşayan şiş, ur, çıxıq. Alnından qoz çıxıb. ‣ Qoz qabığına girmək – qorxudan qaçıb özünə bir sığınacaq tapmaq, qorxudan qaçıb gizlənmək. Qoz qabığına salmaq (soxmaq) – çox sıxışdırmaq, çıxılmaz vəziyyətə salmaq. Qoz-qoz oynamaq – bəhsləşmək, dikbaşlıq etmək. [Xasməmməd:] Ancaq bir şərtlə ki, o .. bizimlə qoz-qoz oynamasın. C.Cabbarlı. Qozunun üstünə qoz qoymaq – dərdini daha da artırmaq, işini daha da çətinləşdirmək.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qoz

ceviz


Son arananlar: