turklehceleri.org

ehtiyatla

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ehtiyatla

zərf
1. Qorxa-qorxa, çəkinəçəkinə, ehtiyat edərək, ehtiyat gözləyərək. Ehtiyatla danışmaq. Ehtiyatla yerimək. – ..Çox möminlər var ki, Molla Nəsrəddini ehtiyatla bükür kağıza və bir cavan adam tapıb deyir ki, al bunu, oxu görək, molla nə yazır.. C.Məmmədquluzadə. Hacı Qulu .. ehtiyatla quyunun yanında uzanıb diqqətlə baxdı. A.Şaiq.
2. Yavaş, asta, səs salmadan, üsullu(ca), yavaşca. [Molla Xəlil] çox ehtiyatla müəllimin qapısına gəldi. S.Hüseyn. [Qaraş] Mayanı şirin səhər yuxusundan ayıltmaq istəməyərək ehtiyatla geyinib çölə çıxdı. M.İbrahimov. Tahirzadə çustlarını geyib kimsəni oyatmamaq üçün ehtiyatla evdə gəzdi. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ehtiyatla

I. qorxa-qorxa, çəkinə-çəkinə
{korkarak, çekinerek}

II. yavaş, asta, üsulluca
{yavaş, aheste, usuca}


Son arananlar: