dostaşna
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dost-aşna
top. Dostlar, yaxın adamlar, yaxın yoldaşlar. [Rüstəm bəy:] Bir neçə nəfər dost-aşna çağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik. Ü.Hacıbəyov. Gəmi yükün yan çəkər; Zəli sorar, qan çəkər; Yaxşı gündə dost-aşna; Yaman gündə can çəkər. (Bayatı). [Ceyran xala:] ..Yəqin yoldaşları yaxşı deyil. Dost-aşna adamı düzəldər də, korlayar da. S.Rəhman.