dolamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dolamaq
f.
1. Sarımaq, sarıqlamaq. Dolağı ayağına doladı, çəkməsini geydi. – [Durna:] Çay başından gəlirkən saçlarımı əllərinə doladı, kəndin içindən sürüdü. C.Cabbarlı.
2. məc. dan. Tapşırmaq, üzərinə yükləmək, həvalə etmək, öhdəsinə qoymaq. Bu işi hər adama dolamaq olmaz.
3. Basmaq, vurmaq mənasında. Kənd içərisində Nəbigili gülləyə doladılar. Nəbinin dəstəsi qaçıb evlərin dəhlizlərinə doldular. “Qaçaq Nəbi”. Baxış bəy Camalın baş-gözünü şallağa doladı. Ə.Abasov.
4. məc. dan. Lağa qoymaq, ələ salmaq, sarımaq, masqara etmək (bəzən “ələ”, “əlinə”, “dilinə”, “barmağına” sözləri ilə). [Sərdar:] Bu nə sözdür, Yusif şah! ..Atamın ərvahı üçün, səni dolamırıq. A.Şaiq. Qara oğlan isə gələn qadını açıqdan-açığa dolamağa çalışırdı. M.Hüseyn. Bilmirəm, doğrudanmı bu fikirdəsən, ya bizi dolayırsan. Ə.Sadıq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dolamaq
I. sarımaq, bağlamaq
{sarmak, bağlamak}
II. basmaq, vurmaq
{basmak, vurmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dolamaq
dolamak