aralamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
aralamaq
f.
1. Bitişik, yaxud yan-yana duran şeyləri kənara çəkib bir-birindən ayırmaq, ayrı qoymaq. Pəncərənin pərdəsini aralamaq. Kolları aralayıb yol açmaq.
2. Açmaq. Kitabı aralayıb baxmaq. Ağzını aralayıb bir söz demir.
3. Zorla başqa-başqa tərəflərə çəkmək, kənara çəkmək, aralaşdırmaq. Dalaşanları aralamaq. – Biz bir-birimizlə savaşardıq, .. yol adamları bizi gəlib aralardılar. C.Məmmədquluzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
aralamaq
I. ayırmaq
{ayırmak}
II. açmaq
{açmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
aralamaq
aralamak