turklehceleri.org

divar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

divar

is. [fars.]
1. Binaların üstünü saxlamaq və daxilini bölmələrə ayırmaq üçün müxtəlif tikinti materiallarından çəkilən sədd. Daş divar. Divara kağız çəkmək. Divarın üz tərəfi. – Muxtar əmi evin eşik divarına söykəndi. M.Hüseyn. Divardan asılmış şəkil Əzizi bir az qəmgin elədi. S.Rəhman. • Divar kağızı – suvanmış otaq divarlarına yapışdırılan naxışlı kağız. Divar qəzeti köhn. – idarənin, müəssisənin, yaxud məktəbin işlərini, müvəffəqiyyət və nöqsanlarını əks etdirən, divardan asılan qəzet. .. [Dilbər] “Yüksək məhsul” adlı divar qəzetini çıxarmağa çox vaxt sərf edirdi. Ə.Sadıq. Divar peçi (sobası) – divarın içində hörülmüş peç, buxarı. Divar peçləri hələ təzəcə qalanırdı. S.Rəhimov. Divar saatı – divardan asılan saat. Divar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. M.S.Ordubadi. Dəhlizdəki divar saatında on iki olmuşdu. M.Hüseyn. Divar şkafı – divarın içində olan şkaf. Şoferin fikrizikri yenə divar şkafında idi. M.Hüseyn.
2. Həyətlərin (keçmişdə həm də şəhər və qalaların) ətrafını əhatə edən daşdan, kərpicdən və s.-dən tikilən uca barı; hasar. Qala divarı. Kreml divarları. – Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətin hamısını görürdüm. C.Məmmədquluzadə.
3. Müxtəlif qabların, yeşik, çəllək və s. şeylərin yan tərəfi. Çənin divarı. Sandığın divarları. Borunun divarı. // Bəzi bədən üzvlərinin yan tərəfi. Bağırsağın divarları. Göz almasının divarı üç qişadan ibarətdir.
4. məc. Maneə, sədd mənasında. Aramızda bir divar vardır. ‣ Divara dirəmək (qısnamaq) – danışıq və ya mübahisə zamanı birini çıxılmaz vəziyyətə salmaq, sıxışdırmaq. Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) – xarici aləmlə, heç kəslə əlaqə saxlamamaq. [Asya Gülçöhrəyə:] Sən bu dörd divarın içində kimi görə bilərsən, a yazıq!.. Ü.Hacıbəyov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

divar

I. sədd
{set}

II. hörük
{bölme}

III. hasar
{hisar}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

divar

duvar


Son arananlar: