turklehceleri.org

dilim-dilim

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dilim-dilim

zərf və sif. Dilimlər halında, dilimlər şəklində. Dilim-dilim kəsmək. Dilim-dilim etmək. Qovunu dilim-dilim doğrayıb boşqaba yığmaq. – [Gülsənəm] ..balaca stolun üstünə dilim-dilim doğradığı təndir çörəyi ilə bərabər, yağ, bal və pendir düzmüşdü. M.Hüseyn. Dilim-dilim kəsildi; Taşhavuz qovunları. S.Rüstəm. // Uzun dillər halında yuxarı qalxan. Dilim-dilim alov kimi baxışlardan qəzəb yağır. S.Vurğun. Alov buxağının bacasından dilim-dilim qalxdıqda Qərənfil xala yağı əritmək üçün sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev. • Dilim-dilim olmaq – tikə-tikə olmaq. Sonra o, dilim-dilim olmuş yaylığının ucu ilə çuxura düşmüş balaca boz gözlərini sildi. S.Rəhimov. Dilim-dilim olasan, dilimdilim olmuş – qarğış ifadəsi. // Cizgilər, şırımlar, zolaqlar halında olan.

Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)

dilim-dilim

syp. 1. Dilnen, kesim-kesim, ýaryk-ýaryk edilen. Onuň endamy dilim-dilimdi. 2. Birnäçe dilim edilen, dilimlenen.


Son arananlar: