turklehceleri.org

dayaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dayaq

is.
1. Binanın və s.-nin sınmış pərdilərini, yaxud uçulan divarı və s. saxlamaq, eləcə də meyvəsi çox olan ağac budaqlarını sınmaqdan qorumaq üçün onların altına vurulan ağac, dəstək və s. Barıya dayaq vurmaq. – Nurcabbarın həyətində .. ağaclar bar gətirəndə altdan dayaq verməsən, budaqlar əyilib burnunu yerə döyür. İ.Məlikzadə.
2. Üzərində bir şey bərkidilmək, yaxud qurğu qurula bilmək üçün düzəldilmiş yer, özül; dəstək ola biləcək hər şey. Körpü dayaqları. Ayaqları dirəmək üçün qayıqda dayaq yoxdur. – Qoca Xudafərin qulağı səsdə; Kim uçan tağına dayaq düzəldər? M.Araz.
3. məc. İstinad ediləcək adam, şey; kömək, arxa, himayəçi. Ailənin dayağı. – Ömrümün çırağı, canımın dayağı, könlümün sorağı, baxtımın gülüstanı Ruqiyyə idi, Ruqiyyə! A.Divanbəyoğlu. Ana ürəyidir insana dayaq; Odur bərk ayaqda çatan köməyə. S.Rüstəm. • Dayaq durmaq – bax dayaq olmaq. Sən bilirsən ki, adamı darda atmazlar, yıxılana dayaq durarlar. S.Rəhimov. Dayaq olmaq – kömək olmaq, arxa olmaq, müdafiə etmək, himayə etmək, dalında durmaq. Qəmər mənə böyük bir dayaq ola bilərdi. M.İbrahimov. Dayaq vermək – ürək vermək, ruhlandırmaq, ürəkləndirmək. Özünə dayaq vermək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dayaq

I. dirək, ağac
{direk, ağaç}

II. kömək, arxa, himayə
{yardım, arka, himaye}

III. özül
{temel}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dayaq

belkemiği, dayak, destek


Son arananlar: