turklehceleri.org

caynaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

caynaq

is.
1. Bir çox heyvan və quşların barmaqlarının qarmaqvari iti ucları. Qartal caynağı. – [Tağı:] Qaraquş da yerdə dovşanın qaçdığını, ya kəkliyin uçmağını gördükdə, ildırım kimi şığıyıb caynağına alacaqdır. S.S.Axundov. [Yusif Şahmara:] Yeməli quşların – qırqovulun, kəkliyin, turacın caynağı üç olur. B.Bayramov. Kamal elə bir həyəcanla çığırdı ki, elə bil qaraquş indicə caynaqları ilə onun üz-gözünü dırmalayacaqdı. M.Rzaquluzadə.
2. məc. Çəng. Caynağına keçmək. – [Bədəl:] Cəmaətimiz xan caynağından qurtarıb, öz əlinin əməyini rahət yeyib yaşayır. Ə.Haqverdiyev. [Səlbinaz xanım anasına:] ..Məni nədən ötrü bu kaftarın caynağına vermisən… N.Vəzirov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

caynaq

I. dırnaq
{tırnak}

II. çeng, pənce
{tırnak, pençe}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

caynaq

cırnak, parmak ucu, pençe, tırnak


Son arananlar: