cavan
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
cavan
[fars.]
1. Bax gənc 1-ci mənada. Cavan müğənni. Cavan oğlan. Cavan müəllim. – Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. “Koroğlu”. Bu cavan oğlan raykom katibi Qoşqar Sadıqzadə idi. İ.Hüseynov. // İs. mənasında. Cavanlar və qocalar. – [Məşədi İbad:] A kişi, vallah, mən nə qədər qoca olsam da, min bığıburma cavana dəyərəm. Ü.Hacıbəyov. Şofer qaragöz, qaraqaş, qırmızı, girdəsifət, sağlam bir cavan idi. S.Vəliyev.
2. sif. Təzə əkilmiş, təzəcə salınmış. Cavan ağac. Cavan bağ (meşə).
3. Yeni meydana çıxmış. Elmin cavan sahəsi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
cavan
I. gənc
{genç}
II. təzə
{taze}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
cavan
genç