turklehceleri.org

bərabər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bərabər

1. sif. Başqası ilə tən, bir ölçüdə, bir boyda olan. Bərabər qiymətli. Bərabər qüvvəli. Bərabər kəmiyyətli. • Boyu bərabəri – özü boyda. [Mehri xanım:] Bala, axır mən anayam! Boyum bərabəri oğul yetirmişəm. Ə.Haqverdiyev. Bərabər etmək – 1) bax. bərabərləşdirmək; 2) bax. bərabər tutmaq (aşağıda, 4-cü mənada).
2. sif. Başqası ilə bir hüquqda, bir vəziyyətdə olan. Bərabər hüquq. Deputat seçkiləri bərabərdir; hər bir vətəndaş bir səsə malikdir; bütün vətəndaşlar seçkilərdə bərabər əsaslar üzrə iştirak edirlər. – [Cahan:] İndi bizim hüququmuz kişilərlə bərabərdir. Ə.Haqverdiyev.
3. Zərf mənasında. Bir yerdə, birlikdə, birgə, yanaşı, bahəm. Bərabər işləmək (çalışmaq). Bərabər oxumaq. – Nəbiqulu yeşiklə bərabər ağacdan uçub düşüb Qasımın otağının üstünə. Ə.Haqverdiyev. Bu qaranlıqla bərabər mavi boşluqlardan yerə xoş bir sərinlik də enirdi. M.İbrahimov. Burada meyvə ilə bərabər .. nisbətən ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən.
4. İs. mənasında. Tay, bənzər, misl. Onun bərabəri yoxdur. – Qaşı ay, çeşmi şux, müjganları ox; Cümlə kəsdən artıq, bərabəri yox. M.P.Vaqif. Hikmətdə sənə heç kəs bərabər ola bilməz. M.F.Axundzadə. • Bərabər tutmaq – bir tutmaq, tay tutmaq, başqası ilə bir tutmaq, bərabərləşdirmək.
5. İs. mənasında. Ön, qarşı, tuş, qabaq. [Şeyx Nəsrulla:] Bəlkə sizin də içinizdə belə münkirlər var? Əgər var, gəlsin bərabərimə. C.Məmmədquluzadə. Görcək anasın bərabərində; Yaş oynadı qəmli gözlərində. A.Səhhət.
6. Xəbər mənasında. Birdir, eyni şeydir deməkdir. Neftçinin borandan qorxub geri çəkilməyi, əsgərin silahı atıb səngərdən qaçmasına bərabərdir. M.Hüseyn.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bərabər

I. birgə, yanaşı, bahəm
{birlikte, yanında, bir arada}

II. tay, bənzər, misl
{aynı, benzer, misil}

III. ön, qarşı, tuş, qabaq
{ön, karşı, burun, uç}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

bərabər

beraber, denk, eşdeğer, eşit, müsavi


Son arananlar: