turklehceleri.org

büsat

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

büsat

is. [ər.]
1. Müəyyən qayda və üsullarla tərtib edilmiş şənlik, məclis, bayram, yaxud təziyə; mərasim. Qonaqlıq büsatı. Toy büsatı. Matəm büsatı. – Qızlarım, çay büsatını idarə edin, – deyə onlara əmr edincə dördü də samovarın ətrafında toplandı. M.S.Ordubadi. Matəm büsatı qurulmuş, ağlaşma başlanmışdı. A.Şaiq. // Obrazlı təsvir və təşbehlərdə. Eşq dövranı, mənə tapşırdı Məcnun növbətin; Xali olmaz nəqşiərbabi-vəfadən bu büsat. Füzuli. Qəm büsatın xətm edibdir dövr Seyyid adına. S.Ə.Şirvani.
2. məc. Təmtəraq, dəbdəbə, dəsgah. [Mirzə Əsgər:] Bəyim doğru deyir, sizin evin büsatı heç yerdə yoxdur. N.Vəzirov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

büsat

I. merasim, şənlik
{tören, eğlence}

II. təmtəraq, dəbdəbə, dəsgah
{ihtişam, gösterişlilik, görkem}


Son arananlar: