turklehceleri.org

bivəfa

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bivəfa

sif. [fars. bi... və ər. vəfa] bax vəfasız. Bivəfa yoldaş. Bivəfa dost. – Bivəfa dünyada, dəhri-fənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi. Sən oldun aqibət rüxi-dildar məhrəmi; Bir yadə salmadın məni, ey bivəfa könül. S.Ə.Şirvani. // İs. mənasında. Ey bivəfa ki, adət olubdur cəfa sana; Billah, cəfadır, olma demək bivəfa sana. Füzuli. Nə gərək sevəydim o bivəfanı; Nə də belə hicran dağı görəydim. Q.Zakir.


Son arananlar: