bilmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bilmək
f.
1. Bir şey haqqında məlumatı olmaq, xəbərdar olmaq, vaqif olmaq. Mən bunu çoxdan bilirdim. Bu xüsusda mən heç bir şey bilmirəm. Bilirsənsə, gəl söylə. Mən sənin fikrini bilmək istərdim. – Ey dil, amandı, sirrini biganə bilməsin. M.Ə.Sabir. Qoy həqiqəti bilməyənlər bilsinlər. Ə.Haqverdiyev. // Hər hansı bir sahədə xüsusi biliyi, səriştəsi olmaq, yaxşı bələd olmaq. Ədəbiyyatı yaxşı bilmək. Bir neçə dil bilmək. Maşını yaxşı bilmək.
2. Öyrənmək, xəbər tutmaq, məlumat almaq. Onun adını indicə bildim. Sizin gəldiyinizi təzəcə bilmişəm. Qatarın nə vaxt gələcəyini bildinmi? – Bağışla, bilmişəm biganələrlə aşinasənmiş. S.Ə.Şirvani.
3. Başa düşmək, dərk etmək, aydın təsəvvür etmək. Mən bilirəm ki, bu iş baş tutmayacaq. Bilmirsən ki, gecikmək olmaz? Bunu yaxşı bil! – Bilməyən yoxdu kim bu mənanı; Tərbiyət kamil eylər insanı. S.Ə.Şirvani. [Qoca:] Bilin ki, bu şəhərin hər bir daşına bir igidin qanı tökülüb... M.Hüseyn. // Sezmək, duymaq, hiss etmək, anlamaq. Mən o saat bildim ki, o nəyi nəzərdə tutur.
4. Tanımaq. Adamları bilmək olmur.
5. Əlindən gəlmək, təsəvvürü olmaq, bacarmaq. Dülgərlik işini bilmək. Öz işini yaxşı bilmək. O, bir neçə sənət bilir. Mən çalğı çala bilirəm.
6. Özü üçün aydın etmək, müəyyən etmək, öyrənmək. ..Həkim azarlının azarını biləndən sonra .. xolera tutana “butin” davası verir... C.Məmmədquluzadə.
7. Riayət etmək, yerinə yetirmək, hesablaşmaq, kənar çıxmamaq. Öz yerini bilmək. Vəzifəni yaxşı bil! Adam danışanda həddini bilər.
8. Xatırlamaq, yada salmaq. İndi bildim ki, o kimlərdəndir. Bilmədim ki, sizə nə vaxt gəlmişdim.
9. Zənn etmək, güman etmək. Mən elə bildim ki, siz getmişsiniz.
10. Hesab etmək, zənn etmək, saymaq. Bu işdə kimi müqəssir bilirsən? – Zövqü sadə gülüş bilmək, heç bir kəsə əfv olunmaz. S.Vurğun. // dan. Şübhələnmək, isnad vermək, görmək. Mən bu işi ondan bilirəm.
11. Yardımçı feil kimi iltizam fellərinin axırına gətirilərək, feilin bacarıq forması düzəldilir, məs.: dura bilmək, qaça bilmək, yaza bilmək və i. a.
12. Bilirsən (bilirsiniz), bilsən(iz) (ara söz mənasında) – müsahibin diqqətini əsas mətləbə cəlb etmək üçün işlənir. Axşam, sabah, çeşmə, sənin başına; Bilirsənmi, necə canlar dolanır? Aşıq Ələsgər.
13. İnkar şəklində: bilməmək – bir sıra sözlərə qoşularaq, həmin sözlərin ifadə etdiyi şeyin, keyfiyyətin, halın mövcud olmadığını bildirir; məs.: yuxu bilməmək (heç yatmamaq), istirahət bilməmək (heç istirahət etməmək), basılmaq bilməmək (heç basılmamaq) və i.a. ‣ Bildiyindən qalmamaq – təkid və israr etmək, inad etmək, bildiyindən əl çəkməmək, öz bildiyini etmək. Sənə söz deyilir, amma sən bildiyindən qalmırsan. Mən biləsi, mən bilən(i) – məncə, mənim fikrimcə, mənim zənnimcə. Mən biləsi dünyada şəxs gərək elə bir iş tutsun ki, onu bacarıb yerinə yetirməyə qabiliyyəti olsun. C.Məmmədquluzadə. Kim bilir (ara söz) – məlum deyil. Kim bilir, maşın nə vaxt gələcək. Özü bilər – nə istəyir, elə də etsin, ixtiyar özündədir, öz hərəkətində sərbəstdir.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
bilmək
I. tanımaq
{tanımak}
II. sezmək, duymaq, anlamaq
{sezmek, duymak, anlamak}
III. xatırlamaq
{hatırlamak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
bilmək
bilmek