turklehceleri.org

aşüftə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

aşüftə

sif. [fars.] klas.
1. Əhvalı pozulmuş, pərişan, qarışıq. Şikəstə xatirü məhzun, sözü aşüftə, digərgun; Tutub nəqşi-rəhiMəcnun, gəzər vəhşi kimi səhra. Nəbati. Qurd dedi: çox-çox yanıram halına; Xatirim aşüftədir əhvalına. A.Səhhət. • Aşüftə olmaq – əhvalı pozulmaq, kefi pozulmaq, pərt olmaq, pərişan olmaq. Şagirdimin bu dərəcədə aşüftə olması məni də məlul etdi. S.M.Qənizadə.
2. Məftun, dəlicəsinə vurulmuş, aşiq. // İs. mənasında. Həzər qıl, ey könül, ol zülfipürçinin xətasından; Asılmış neçə-neçə sən kimi aşüftələr ondan. Q.Zakir.


Son arananlar: