turklehceleri.org

axırda

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

axırda

zərf
1. Hamıdan sonra, qurtaracaqda. Axırda duran kimdir?
2. Nəticədə, ən nəhayətdə, bir şeyin nəticəsində, nəhayət. Axırda dilə gəlib cavab verdi. O, axırda özü avara qalacaqdır. Axırda bildiyi yadından çıxacaq. – Ey xuda, kim çəkər axırda gülabın o gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani. Muzdur çamadanı qabağına alıb, açar yerini mismar ilə qurdalamağa başlayıb, axırda açdı. S.M.Qənizadə. Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb şeyxi yatırtdılar. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

axırda

I. nəhayətdə, nəticədə
{sonuçta, neticede}

II. sonda, qurtaracaqda
{sonunda, akıbette}


Son arananlar: