turklehceleri.org

oyatmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

oyatmaq

f.
1. Yuxudan durğuzmaq, oyandırmaq, oyanmasına səbəb olmaq, oyanmağa məcbur etmək. Bir gün sübh tezdən Pərinisə yuxudan ayılıb başladı Kərbəlayı Məhəmmədəlini təpikləyib oyatmağa. C.Məmmədquluzadə. ..Ümid anasını oyadıb onunla birlikdə Sədəfin atası evinə getdi. B.Bayramov.
2. məc. Canlandırmaq, diriltmək, həyat vermək. [Kolxozçular] torpağı təzədən qazıb oyatdılar, ona yeni toxumlar atdılar. Ə.Məmmədxanlı.
3. məc. Qəflət yuxusundan ayıltmaq, gözünü açmaq, hərəkətə gətirmək. “Molla Nəsrəddin” xalqın şüurunu oyadırdı, cəsarət və hərəkətə gətirirdi. M.İbrahimov. Qoca Şərqi yuxusundan Bakı oyatmış. R.Rza.
4. məc. Törətmək, əmələ gətirmək, doğdurmaq, yaratmaq. [Vaqif:] Mədinə, bilsən bu rəngin payız meşəsi məndə nə qədər dərd oyadır. Çəmənzəminli.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

oyatmaq

uyandırmak


Son arananlar: