aralı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
aralı
zərf
1. Bir-birindən bir qədər uzaq, arada bir qədər məsafə qoyaraq. Xasay atlıların bir-birindən aralı getməsini məsləhət gördü. M.Hüseyn. Kəhər kövşənin ortasında, yoldan xeyli aralı uçuq bir xarabalığın səmtinə çatırdı. M.İbrahimov. // Uzaq. Aralı gəzmək. – Ay ariflər, gəlin sizə söyləyim; İstəkli dostumdan aralı düşdüm. Aşıq Kərəm. Lütf elə, Novruzu yetir Qəndaba; Yarı salma məndən aralı, dağlar! (Qoşma). Uzaqdasan... görməyirəm... bəlkə də bu an; Qar üstündə sürünürsən bizdən aralı. S.Vurğun.
2. Bir az açıq, yarıqapalı, yarıörtülü. Qapını bir az aralı qoy, hava gəlsin. Pəncərə aralı qalmışdı. Sandığın qapağı aralı qalır, örtülmür.
3. Seyrək. Ağacları aralı əkmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
aralı
uzaq, kənar
{uzak, kenar}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
aralı
arada, mesafe, mesafeli