turklehceleri.org

aqibət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

aqibət

is. [ər.] Son, axır, nəticə, nəhayət. [Piri baba:] Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. S.S.Axundov. Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdü. M.İbrahimov. // Ara söz mənasında. Ey Nəbati, nə qədər var isə ömrün, xətt yaz; Aqibət, bir gün olur kim, gəli bir karə bu xətt. Nəbati. // Zərf mənasında. Axırda, nəticədə. Dərdinə bulunmaz oldu dərman; “Məcnun” dedi, verdi aqibət can. Füzuli. Gövhəri-əşkin kimi düşdün nəzərdən aqibət; Noldu, ey miskin könül, bir söylə təqsirin sənin? S.Ə.Şirvani. Çəksə hər kim ki bir qədər zəhmət; Olar, əlbəttə, aqibət rahət. A.Səhhət. ‣ Aqibətin(iz) xeyir! (xeyir olsun!) – “sabahın (axşamın) xeyir!”ə cavab olaraq işlədilən ifadə. [Cavanşir:] Aqibətiniz xeyir! Haradan belə, övladlarım? M.Hüseyn.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

aqibət

I. son, axır, nəticə, nəhayət
{son, ahir, netice, nihayet}

II. tale, bəxt
{talih, baht}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

aqibət

akıbet


Son arananlar: