turklehceleri.org

insafsız

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

insafsız

sif.
1. İnsaflı olmayan, mürüvvətsiz; zalım, qəddar, rəhmsiz. İnsafsız günəş də ki batmaq bilmirdi. E.Sultanov. İnsafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiynimə verib səhərdən axşama qədər mənə ayaqyalın, başıaçıq su daşıtdırardı. İ.Əfəndiyev. // Zərf mənasında. [Orxan:] Məndə artıq can qalmamış, Mərhəmət; Mərhəmət qıl, insafsız olma, İsmət! H.Cavid.
2. Vicdansız, şərəfsiz. Zeynəbin özü Məcidə xəbər verdiyini Nadir indi güman etdi və hər ikisi tərəfindən belə insafsız (z.) bir tərzdə aldandığına acıdı. B.Talıblı. // İs. mənasında. Bilmirəm bu yanlış məlumatı gözəl qıza hansı bir insafsız xəbər vermişdir. M.S.Ordubadi. Sərt oldu rəftarı o insafsızın; Dərslərinə vaxtı qalmadı qızın. M.Rahim.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

insafsız

I. mürüvvətsiz, zalım, qəddar, rəhmsiz
{kalpsiz, zalim, gaddar, acımasız}

II. vicdansız, şərəfsiz
{vicdansız, şerefsiz}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

insafsız

insafsız


Son arananlar: