turklehceleri.org

amadə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

amadə

zərf [fars.] Hazır, hazırlanmış, müntəzir. Keçən şəb bir məkanda bir nigarisadə gördüm mən; Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən. S.Ə.Şirvani. Ovçu Pirim oğlu Camal xanın çıxmayacağını görüb, evi tamamilə oda tutmuşdu və əlində tüfəng amadə dayanmışdı. S.Rəhimov. • Amadə olmaq – hazır olmaq. Verdin keçən il borcuna yorğanını, neylim; Ol indi palaz satmağa amadə, əkinçi! M.Ə.Sabir. [Səlimi:] Mənim fikrim yavaş-yavaş kiçik bir dəstə hazırlamaqdır. Amadə olmaq lazımdır. M.İbrahimov.


Son arananlar: