turklehceleri.org

kəlbətin

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kəlbətin

is. [ər. kəlbəteyn – ikidişli it] Mıx və s. dartıb çıxarmaq, bir şeyi tutmaq, məftil kəsmək və s. üçün ikiağızlı maşaşəkilli metal alət. Dülgər kəlbətini. Montyor kəlbətini. – [Usta Həsən:] Ay Hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Ə.Haqverdiyev. Qurd .. onu küt kəlbətin kimi sıxıb qançır etmişdi. M.Rzaquluzadə. ‣ Kəlbətinlə (sözü, cavabı və s.) çəkmək (qoparmaq) – danışmağa, cavab verməyə məcbur etmək. Xəstəxanada yatırdı, günaşırı balaca Səttarla xəstəxananın koridorlarında tibb bacılarının əl-ayağına dolaşırdıq və ağızlarından kəlbətinlə bir-iki söz qopardırdıq. Ə.Məmmədxanlı.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kəlbətin

kıskaç, makas


Son arananlar: