ahvay
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ah-vay
(=ahü vay) is. Dərd, kədər, qüssə, qəm. Çox etdi mənçün ah-vayı; Gözündən axıtdı dürlü çayı. Xətayi. // Fəryad, fəğan. ..Getdikcə şəhərin hər tərəfini saran fəryad və ah-vay səslərini eşidirdik. M.S.Ordubadi. Mən az görməmişəm bu sarayları; Burda göyə çıxan ahü vayları. S.Vurğun. • Ah-vay etmək – kədərlənmək, dərdlənmək, dərd və qüssədən şikayətlənmək. // Fəryad etmək. Yeni məhbus uzun müddət ah-vay etmiş, .. düşdüyü yerdə yatıb qalmışdı. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ah-vay
dərd, kədər, qüssə, qəm
{dert, keder, hüzün, gam}