Zad
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zad
is. [ər.]
1. Şey. Hər zad. Heç zad yoxdur. – Nə şirindir məhəbbəttək zad olmaz; Ölənədək könül ondan yad olmaz. M.V.Vidadi. Mən aşıq qan ayağı; Qan əli, qan ayağı; Aşıq bir zad görübdür; Üç başı, on ayağı. Sarı Aşıq. Kişi, məlum zaddı ki, övrətdən güclü olar. C.Məmmədquluzadə. Yox idi könlünü açası bir zad; Dayanmazdı insan, olsa da polad. H.K.Sanılı. // Bəzən söylənmək, istənilən söz yada düşmədikdə, onun əvəzinə deyilir. O .. zadı mənə ver. – Məşədi İbad: – Mən də sən zad deyiləm, rədd ol burdan! Ü.Hacıbəyov. • Heç zad – heç bir şey. Heç zadın üstündə şagirdi döymək .. mötəbər qaydalardan sayılırdı. F.Köçərli. [Məşədi İbad:] İstəyirsən mən də atam kimi səndən heç zad almayım.. Ü.Hacıbəyov.
2. Adətən başqa sözlərlə birlikdə qeyrimüəyyənlik bildirir (çox vaxt qoşulduğu sözün ifadə etdiyi şeyin əhəmiyyətsizliyini bildirir). Ona bir az şeydən-zaddan ver. Pul nədir, zad nədir! – Xanım, mən cəlladdanzaddan qorxan deyiləm. “Koroğlu”. [Qurbanəli:] Bir əppəkdən-zaddan ver, zəqqumlanaq. N.Nərimanov. [Sultan bəy Süleymana:] Buyur, gedək o biri otağa, çaydan-zaddan içək, söhbətimizi də orada edək. Ü.Hacıbəyov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
zad
şey
{şey}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
zad
nesne, şey