Yanakı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yanakı
zərf
1. Yan tərəfə çevrilmiş vəziyyətdə, yan tərəfini irəli verərək, çiynini irəli verərək, böyrünü qabağa verərək, yarıdönmüş halda. Yanakı üzmək. – Faytonçu Əhməd atların başını çəkər, yanakı oturar, köks ötürüb Əntiqənin taleyini miniklərinə danışardı. Mir Cəlal. Bayram yanakı durub sağ qulağını pəncərəyə söykəyəndə bu sözləri eşitdi: – Çörəyin arasında kağız var. M.Hüseyn. // Bir qulağının üstünə, başının bir tərəfinə çəkərək. Tüklü papağını qoyub yanakı; Baxır öz bəxtinə ayna sularda! S.Rüstəm.
2. Başını yana çevirmədən, gözləri ilə əyriəyri. Yanakı baxmaq. – Araz başını qaldırıb Əhmədi yanakı süzərək: – Atabala mənim atam deyil, babamdır! – dedi. A.Şaiq. [Bəyim] yanakı üzümə baxaraq gülümsədi. İ.Əfəndiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yanakı
çəpəki, əyri
{çap, eğri}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yanakı
çap