turklehceleri.org

SİR-SİFƏT

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

sir-sifət

is. Üz, sifət, üz-göz. Bir onun sir-sifətinə bax. Sir-sifəti qızarmaq. – [Səfdərin arvadı:] Sir-sifətlərini boyamaq [Zivərgilin] heç yadlarından çıxmır. S.Vəliyev. Səməd diqqətlə .. nə sir-sifətində, nə də xasiyyətində heç bir dəyişiklik olmayan Yusifə baxdı. İ.Hüseynov. // Üzün ifadəsi. Sir-sifətindən görünür... Sir-sifətindən bəllidir... – [Hacı Bayram:] Sir-sifətindən kamallı oğlana oxşayırdı. Ə.Haqverdiyev. ‣ Sir-sifətini turşutmaq (yığmaq) – bax. qaşqabağını sallamaq (turşutmaq, tökmək). Alməmmədov indi də ağzında acı bir şey varmış kimi sir-sifətini yığıb tamsınatamsına stolun qırağındakı düyməni basdı. B.Bayramov. [Məmməd] nə üçünsə sir-sifətini turşudub üzünü yana çevirdi. V.Şıxlı.


Son arananlar: