Saplaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
saplaq
is. Yarpağı, gülü, meyvəni budaqla birləşdirən nazik bərk hissəcik; bəndəm. Gülün saplağı. Almanın saplağı. – Sultan əlini soyuq kola uzadaraq dırnaqları ilə bənövşənin nazik saplağını kəsir. Ə.Sadıq. ‣ Boğazı (boynu) armud saplağına dönmək, boğazı armud saplağı kimi nazikləşmək (nazilmək) – son dərəcə arıqlamaq. Rüstəm bəy gülümsündü: – Onun üçün ikisinin də boynu armud saplağına dönüb də. Çəmənzəminli. Balaca qızın boğazı armud saplağı kimi nazilmişdi. M.Hüseyn. [Çimnaz arvad:] ..O qədər arıqlamısan ki, boğazın uzanıb armud saplağına dönübdür. Ə.Əbülhəsən.