turklehceleri.org

Rəqəm

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

rəqəm

is. [ər.]
1. Ədədlərin, sayların yazıda işarəsi. 3 rəqəmi. 15 rəqəmi. – [Fərman] qabağına bir kağız qoyaraq, karandaşla bir çox rəqəm yazır və hesablayırdı. Ə.Sadıq. Rəqəmlər düzülüb yan-yana; İkiylə başlayanı var; üçlə başlayanı var; hələ beşi, yeddini demirəm. R.Rza. • Ərəb rəqəmləri – orta əsrlərdə ərəblərdən əxz olunmuş 1, 2, 3, 4 və b. rəqəmlər. Roma rəqəmləri – qədim romalılardan əxz olunmuş I, II, III, IV və b. rəqəmlər.
2. klas. Yazı, yazı ilə qeyd, işarə. • Rəqəm etmək (qılmaq) klas. – 1) yazmaq, yazı ilə işarə etmək. Bir naməyə dərdimi rəqəm qıl; Sultanıma ərz et, kərəm qıl! Füzuli; 2) şəkil çəkmək. Rəqəm olunmaq klas. – 1) yazılmaq, yazı ilə işarə olunmaq; 2) şəkil çəkilmək, çəkilmək. Beşinci otağın divarlarında Şah İsmayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu. M.F.Axundzadə.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

rəqəm

rakam


Son arananlar: