Hasil
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hasil
[ər.]
1. sif. kit. Hüsula gələn, vücuda gələn, ortaya çıxan, törəyən. • Hasil etmək – 1) almaq, əldə etmək. İzin hasil edəndən sonra Əhməd içəri daxil olub, .. əl-əl üstə qoyub, salam məqamında durdu. (Nağıl). [Tağı Xudayar bəyə:] Mən indi müsinn adamam, özümə görə də təcrübə hasil eləmişəm. C.Məmmədquluzadə; 2) istehsal etmək. Bu günlər inşaatçılar əsas qüvvələrini enerji hasil edəcək turbinin quraşdırılmasına yönəltmişlər. (Qəzetlərdən). Hasil olmaq – 1) nəticə kimi ortaya çıxmaq, ələ gəlmək. Neçə gün ciddi axtarış getdisə də, bir səmərə hasil olmadı. Ə.Haqverdiyev. [Yaqub:] Əvvəl burada Möhsün bəy çalışırdı. İki il işlədi, bir nəticə hasil olmadı. B.Talıblı; 2) törəmək, vücuda gəlmək, özünü göstərmək. Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. “Koroğlu”. Ana dedim, ürəyimə yanar odlar saçıldı; Ana dedim, bir ürpəriş hasil oldu canımda. M.Müşfiq; 3) yerinə yetmək, həyata keçmək. Hasil oldu Qurbaninin diləyi; Tanımaram nə sultanı, nə bəyi. “Qurbani”. [Fitnə:] Oxu, bülbülüm oxu, hasil olsun diləklər. A.Şaiq; 4) yetişmək, bitmək. Hər meyvə olur hasil; Zəhmətlə, köməklərlə. A.Şaiq. Alınıb-satılan yalnız kənddə hasil olan şeylər və heyvanat qismi idi. Ə.Abasov. Hasilə çatmaq – boya-başa çatmaq. Layla deyim yatınca; Gözlərəm ay batınca; Canım cəzanə gəldi; Sən hasilə çatınca. (Layla). Hasilə gəlmək – 1) bitmək, yetişmək, əmələ gəlmək. Pambıq isə torpaqda bitir, bizim yerlərdə hasilə gəlir. Ə.Vəliyev; 2) hazırlanmaq, hazır olmaq. Plov hasilə gələndən sonra Müşgünaz süfrəni hazırladı. Ə.Vəliyev; 3) yetişdirilmək, hazırlanmaq. [İrəvan darülmüəlliminindən] ancaq otuz, artıq başı qırx nəfərə kimi müəllimlər hasilə gəlibdir. F.Köçərli. Hasili-kəlam köhn. – sözün qısası, xülasə, müxtəsər. [Xarrat:] Hasili-kəlam, bəşər uşaqları heç də nəzər-diqqətə alınmır. T.Ş.Simurq. Qənaət hasil etmək – bax. qənaətə gəlmək (“qənaət”də). Zəki Məmmədbağırın xəriflədiyinə qənaət hasil etdi. S.Hüseyn. Nə hasil? klas. – nə xeyri? nə olsun? nəticəsi yoxdur. Doğru yola getmədim, nə hasil? Bir mənzilə yetmədim, nə hasil? Füzuli. Yüz il başın yerə döysə, nə hasil; Zahidin bihudə ibadətindən. Q.Zakir. // Nəticə kimi ortaya çıxan şey; nəticə, səmərə. Səng şikəst eylədi balü-pərim; Banlamağın hasilini anladım. M.Ə.Sabir.
2. köhn. bax. məhsul 1-ci mənada. Cəm edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm elin. M.Ə.Sabir. Bir pud buğda əkib əvəzində iki yüz pud hasil alırlarmış. S.Hüseyn.
3. is. riyaz. Vurma əməlində alınan rəqəm. 2 ilə 3-ün hasili 6-dır.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
hasil
I. nəticə, yekun, fayda
{netice, toplam, fayda}
II. istehsal
{imal}
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
hasil
a. Hasıl; meydana gelen. Hasil bolmaq – Hasıl olmak.