turklehceleri.org

Qəbul

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qəbul

is. [ər.]
1. Verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Ərizələrin qəbulu başlanır. Teleqramların qəbulu. Malların qəbulu haqqında akt.
2. Götürmə; öz sıralarına alma, daxil etmə. İnstituta qəbul.
3. Söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Müdirin qəbul saatları. Qəbul otağı (gələnlər üçün xüsusi otaq). – Adilə bu gün xəstələrinin qəbulundan sonra iş gününü qurtarıb xalatını soyunmaq istəyirdi ki, Xasayoğlu onun yanına, kənd həkim məntəqəsinə gəldi. Ə.Məmmədxanlı. ‣ Qəbul etdirmək – qəbul etməyə məcbur etmək. [Qətibənin] bu üsyanı təşkil etdiyi zaman Toğrulu qorxutmaq və nəticədə də öz təkliflərini qəbul etdirməyi düşünmüşdü. M.S.Ordubadi. Qəbul etmək – 1) verilən, göndərilən, təslim edilən bir şeyi almaq, götürmək. Poçtdan məktubları qəbul etmək. Göndərilən şeyləri qəbul etmək; 2) idarə etməyə başlamaq, bir işi görməyə razı olmaq, vəzifəni tutmaq. İdarəni qəbul etmək. Direktorluq vəzifəsini qəbul etmək. Yeni vəzifəni qəbul etmək. Şöbəni qəbul etmək; 3) bir təşkilatın sıralarına, tərkibinə daxil etmək, iştiraka buraxmaq, götürmək. Həmkarlar İttifaqına qəbul etmək. İnstituta qəbul etmək. İşə qəbul etmək; 4) söhbət etmək, danışmaq, yoxlamaq, müayinə etmək və s. üçün gələnləri yanına buraxmaq. Direktor saat 2-də qəbul edəcəkdir. Həkim bu gün 10 xəstə qəbul etmişdir; 5) gələn adamı (qonağı və s.-ni) lazımi surətdə və ya hər hansı bir tərzdə qarşılamaq, münasibət göstərmək. Qonaqları təntənə ilə qəbul etdilər. – Nəsir də [Mirzə Qədiri] bir qardaş kimi xoş üzlə qarşılayıb qəbul etmişdi. S.Hüseyn; 6) təsdiq etmək, səs verməklə öz razılığını ifadə etmək. Yığıncaq qərar qəbul etdi. Komissiya layihəni qəbul etdi; 7) içmək, udmaq, atmaq (dərman). Həbi gündə üç dəfə qəbul etmək lazımdır; // öz üzərində hər hansı bir müalicə vasitəsi tətbiq etmək. Vanna qəbul etmək. Duş qəbul etmək. Qəbula keçmək – qəbul edilmək, məqbul hesab edilmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qəbul

götürmə
{götürme}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qəbul

gardenparti, kabul, resepsion, resepsiyon


Son arananlar: