Qızarmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qızarmaq
f.
1. Çox qızmaqdan qırmızı rəng almaq, közərmək. Dəmir ocaqda qızardı.
2. Şiddətli od üstündə tavada və s.-də qırmızı oluncaya qədər qovrulub bişmək. Ət qızarmışdır. – Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü.. Mir Cəlal.
3. Qırmızı olmaq, qırmızılaşmaq, qırmızı rəng almaq, allanmaq. Şaxtadan yanaqları qızarmışdır. Ağlamaqdan (tüstüdən və s.-dən) gözləri qızarmaq. – [Fərhad:] ..Gözlərim ağrıyır. Onun üçün bir az qızarıb. Ə.Haqverdiyev. [Gəlinin] yanaqları alma kimi qızarmışdır. Çəmənzəminli. Al geyib, qızarıb yenə üfüqlər; Bir azdan gözünü açacaq səhər. S.Vurğun.
4. Yetişmək, dəymək (meyvələr haqqında). Narlar, zoğallar qızarmağa başlamışdır. Almalar lap qızarıbdır. – Çöllərdə qızararkən şehli moruq kolları; Ha getdimsə uzandı qədim Şirvan yolları. Ə.Cəmil.
5. Uzaqdan görünmək (qırmızı şey və işıq haqqında). Yaşıllıq arasında kəndin kirəmit damları qızarır. Taxıl əkininin içində lalələr qızarır.
6. məc. Utanmaq, xəcalət çəkmək. Sənin yerinə mən qızarmalıyam. – Məmməd Həsən əmi lap karıxdı, .. sonra qızara-qızara (z.) üzünü tutdu atlıya. C.Məmmədquluzadə. Ara-sıra uşaqlar analarına baxıb, bir də qonaqlarına baxıb qızarırdılar. M.S.Ordubadi. // Xəcalətindən qan üzünə vurub yanağı qırmızı olmaq, rəng verib rəng almaq (bəzən təşbehlərlə işlənir). Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı. A.Divanbəyoğlu. // Acıqdan, hirsdən üzünün rəngi dəyişib qırmızılaşmaq. Sərdar Rəşidin üzü qızarır və yenə də ağarırdı. M.S.Ordubadi. ‣ Qızarıb-bozarmaq – xəcalətdən və ya acıqdan rəng verib rəng almaq. [Məmməd] güldükcə Əli əmniyyəbaşı qızarıb-bozarırdı. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qızarmaq
I. közərmək
{yanmak}
II. bişmək
{pişmek}
III. allanmaq
{kızarmak}
IV. yetişmək, dəymək
{yetişmek, değmek}
V. utanmaq, arlanmaq
{utanmak, arlanmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qızarmaq
kızarmak