Qaya
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qaya
is.
1. Daşlıq və sarp dağ; daşlıq uçurum, yarğan. [Aydəmir:] Allah özü bilir ki, o keçilməz meşələrdə, o çıxılmaz qayalarda Aydəmir bircə sənin xəyalınla yaşayır. C.Cabbarlı. Bir gün dağın başında oturub dəhşətli qayalarımıza və onların arasından şaqqıltı ilə axan çaylığa tamaşa edirdim. S.S.Axundov. Kimdir qartal kimi qayada yatan; Pəncəsi düşmənin gözünə batan? S.Vurğun.
2. Çox iri və sərt daş. Dəniz kənarında iri qayalar vardır. Qayıq qayaya toxunub parçalandı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qaya
uçurum, yargan
{uçurum, yar}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qaya
kaya