turklehceleri.org

Pəri

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

pəri

is. [fars.]
1. Əsatirdə: cinlərin çox gözəl və cazibəli qadın şəklində təsəvvür olunan qismi.
2. məc. Çox gözəl, məsum, xoşxasiyyət qadın və ya qız haqqında. Başına döndüyüm, ay qəşəng pəri; Adətdir, dərərlər yaz bənövşəni! Qurbani. Yox mənim başqa pərilərdə, gözəllərdə gözüm. S.Rüstəm. Ey könlümü bir yol güldürən pəri; Niyə ağlar qoydun illərcə məni. Ə.Cavad. ‣ İlham (şeir) pərisi – sənətkara ilham verən, onu ruhlandıran, şövqə gətirən amil. İlham pərisinin açdığı dadlı; Dillərdən küsərəm, səndən küsmərəm! M.Müşfiq. Ey ilham pərisi, varsansa əgər; Bu axşam üstümə qanadını gər; Qanım bir hərarət alsın qanından; Çıxım bu fikirlər burulğanından. M.Araz.


Son arananlar: