salun
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
salun
[fr.]
1. Qonaqlar üçün qəbul otağı. [Firəng səyyahı:] Bizi neçə otaqdan keçirib bir salonda əyləşdirdilər. Ə.Haqverdiyev.
2. Zal. Məhkəmə salonu çadralı və çadrasız qadınlarla dolu idi. T.Ş.Simurq. Alqış səsləri salonu bürüdü. M.Hüseyn.
3. Bərbərxanalarda: kişi, qadın və uşaqlara xidmət etmək üçün ayrılmış xüsusi otaq. Kişi salonu. Qadın salonu.
4. Bədii şeylər və incəsənət əsərləri satılan mağaza.
5. Avtomobillərin, avtobusların, trolleybusların və s.-nin sərnişinlərin oturduğu iç hissəsi.