turklehceleri.org

zaval

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zaval

is. [ər.]
1. Ziyan, zərər, təbii fəlakət, afət. Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb bərkitsin öz yerini. S.Rüstəm. // Bəla, müsibət, xətər, qorxu. Kahinlər axışından kəşf etmiş istiqbalı; Çox zaman qışqırığın bildirmiş o zavallı. Ə.Cavad. Hünərdir keçirən bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral! B.Vahabzadə.
2. Yox olma (etmə), tələf olma (etmə), fənaya uğrama (uğratma), məhv olma (etmə); məhv. Fani cəhanə baxma, keçər, ömrü sevmə kim; Ömrün zəvalı var və cahanın bəqası yox. Nəsimi. Sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin təxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. M.S.Ordubadi.
3. məc. Zülm, əziyyət, işgəncə mənasında. Yazıq Ələsgərə çoxdur zavalın; Aparır ağlımı günəş camalın. Aşıq Ələsgər. ‣ Zaval görməmək – 1) sağ-salamat qalmaq, heç bir bəlaya düçar olmamaq; 2) zərər görməmək, cəzasız qalmaq. [Pişik] heç bir zaval görməyəcəyini hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi. İ.Hüseynov. Zaval olmaz – bax. zaval yoxdur. İynə saçdım divara; Elçi göndərdim yara; Elçiyə zaval olmaz; Özüm elçiyəm yara. (Bayatı). Zaval tapmaq – xəsarətə uğramaq, ziyan görmək, məhv olmaq, tələf olmaq. Mal-qaranı zaval tapdı. Zaval vurmaq – 1) ziyan vurmaq, xəsarətə uğratmaq, zay etmək, məhv etmək. Bostanı zaval vurdu; 2) ölüm gətirmək, fənaya uğratmaq. Bağımda var gavalı; Başım olub havalı; Əzrail ova çıxdı; Mənə vurdu zavalı. (Bayatı). Zaval yetirmək – 1) bax. zaval vurmaq. Yağış bağlara çox zaval yetirdi; 2) bədbəxtlik gətirmək, fəlakət gətirmək, məhv etmək. Bir gün olmaz kim, ona gərdun yetirməz bir zaval. Füzuli. Bir zaval yetirən şahi-sərvərə; Bir şux sitəmkarə müştaq olmuşam. Aşıq Rəcəb. Bu dərd, billəm, məni axır öldürər; Günbəgün yetirər zavalə, gözəl! Aşıq Mehdi. Zaval yoxdur – qorxu yoxdur, xətər yoxdur. [Əhməd tacirbaşı dedi:] Bizə heç bir zaval yoxdur. “Koroğlu”. [Sozalı:] Axı, arvad üstündə dalaşmayan kişiyə zaval yoxdur. İ.Hüseynov. [Hümmət:] Əgər bu tufandan qurtarsam, daha mənə zaval yoxdur. B.Bayramov. Zavala düşmək – bədbəxtliyə uğramaq, bədbəxt olmaq. Gəlmədi aftabımız, keçdi nəhar nisfdən; Gör ki, mən, ey fələk, bu gün bir nə zavalə düşmüşəm. S.Ə.Şirvani. Zavala getmək – bax. zavala gəlmək. Mən bilirəm, gedəcəkdir zavalə; Zənəxdan dövründə, üzar yanında. Q.Zakir. Şamamələr dağda dəyər; Qızılgüllər boynun əyər; Bədnəzər çoxdu, göz dəyər; Gedər zavala gözlərin! Aşıq Məhəmməd. Zavala gəlmək – 1) bədbəxtliyə uğramaq, fəlakətə uğramaq, müsibətə düçar olmaq. Hər günüm bir ildir sənsiz, a bala! Gəlməyəsən, görüm səni, zavala. R.Rza. [Əlibaba:] Qılıncı qın saxlar, çox sağ ol, bala! Görüm, gəlməyəsən əsla zavala! Z.Xəlil; 2) məhv olmaq, yox olmaq, zail olmaq. Kasıb dedi: – Maldar, uyma çox mala; Dolanır zamana, gəlir zavala. Aşıq Əhməd. Elə zərbə vurarıq ki, yağı gələr zavala; Bir zərbə ki qoca tarix görməmişdir yaşından. S.Rüstəm. Zavala vermək – fəlakətə, məhvə uğratmaq; bədbəxt etmək. Əbəs yerə bizi verdi zavalə; Oğrun-oğrun bəlalərə həvalə. Q.Zakir. O mahrudən iraq verdi qəm zavalə məni. X.Natəvan. Zavala yetirmək – bax. zavala vermək. Zavala yetmək – bax. zavala düşmək. Mənim baxtım yetməz heç vaxt zavala; Ağıl, kamal, tale, izzət məndə var. Aşıq Əhməd.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zaval

I. ziyan, zərər, afət
{ziyan, zarar, afet}

II. zülm, əziyyət
{zulüm, eziyet}


Son arananlar: