PİLƏMƏK
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
piləmək
f. Odu üfürüb alışdırmaq, yaxud nəfəsli musiqi alətlərini səsləndirmək üçün ağzını hava ilə doldurub püfləmək. Birisi sacın altını gah piləyir, gah ətəkləyirdi. Ə.Vəliyev. [Qız tumanı] dartınanda açılan dizlərini şalı ilə örtərək peçi piləməyə başladı. Ə.Əbülhəsən.