turklehceleri.org

Kələf

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kələf

is.
1. Yumru şəkildə sarınmış sap, iplik, məftil və s.; yumaq. Yumşaq sap kələfi. İp kələfi. Kələf sarımaq. – [Üçüncü qız:] Qarı nənə, yunu əyirdim. Kələfi yumaqlayıb qurtardım. M.Dilbazi.
2. məc. Dolaşıq şey haqqında. [Fərhad] fikirləşdikcə fikri uzandı və düyün düşmüş fikir kələfi açılmağa başladı. Ə.Vəliyev. Diksinib qaçıram; qafiyələrin dolaşıq kələfindən. R.Rza. ‣ Kələf dolaşmaq – çıxılmaz, çətin, dolaşıq vəziyyət yaranmaq. [Süleyman:] ..Kələf yaman dolaşdı. M.İbrahimov. [Camal:] Nə xəbər verəydim, kələf elə dolaşıb ki... S.Rəhman. Kələf kimi (təki) – dolaşıq, pırtlaşmış, qarışıq. Kələfi dolaşdırmaq – bir şeyi qarışdırmaq, dolaşdırmaq, daha çətin vəziyyətə salmaq. Göründüyü kimi, bütün kələfi dolaşdıran ovurtdaq hesabdar cənabı idi. S.Rəhimov. Kələfi qarışmaq – vəziyyəti xarablaşmaq, ağırlaşmaq, əhvalı daha da pozulmaq. O, dörd gün belə bir qızdırma içində yatdı, beşinci gecəsi onun kələfi qarışdı, səhərə yaxın keçindi. S.Rəhimov. Kələfin ucu açılmaq – bir işin səbəbi müəyyənləşmək, izi, kökü tapılmaq, məlum olmaq. Kələfin ucunu itirmək – pis vəziyyətə düşmək, hadisələrdən baş açmamaq, nə edəcəyini bilməmək, dolaşıb qalmaq. Kələfin ucunu tapmaq (ələ keçirmək) – bir işin izinə düşüb kökünü, səbəbini tapmaq, müəyyənləşdirmək. [Sərhəngə] elə gəldi ki, müxtəlif iplərin bir-birinə ilişdiyi nöqtə, kələfin ucu əlinə keçmişdir. M.İbrahimov. Pristav kələfin ucunu tapmaq üçün zəmi sahibi olan Camalı həbs eləyib, strajniklərin qabağına qatdı. Ə.Abasov. İpək kələfinə döndərmək – yumşaltmaq, xasiyyətini həlimləşdirmək, rəftarını yaxşılaşdırmaq.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

kələf

çile, kangal


Son arananlar: