turklehceleri.org

Həsəd

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

həsəd

is. [ər.]
1. Paxıllıq. Onun saf qəlbində nə qəzəb, nə kin; Nə həsəd, nə də ki, bir xəyanət var. S.Vurğun. Bu kəndin yeri, torpağının yetirdiyi məhsul qonum-qonşu kəndlərin həsədinə səbəb olardı. S.Rəhimov. • Həsəd aparmaq (etmək, çəkmək) – paxıllıq etmək, paxıllığını çəkmək. Hər kəs eşqimizə həsəd aparsın; Hər kəs hüsnümüzün olsun heyranı! M.Müşfiq. Hamının gözü Nəcəfdə idi. Ona həsəd edənlər də vardı. Q.İlkin. Dostum, doğrudan da, qəribədir, sən; Mənim taleyimə həsəd çəkirsən. Ə.Kürçaylı.
2. Həsədlə şəklində zərf mənasında. Elə ki, köksünə sıxır qarmonu; Oğlanlar ona bir həsədlə baxır. N.Xəzri. [Qəndab:] Qız həsədlə köksünü ötürür, öz bəxtindən şikayət edirdi. B.Bayramov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

həsəd

paxıllıq, qibtə
{kıskançlık, gıpta}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

həsəd

haset


Son arananlar: