turklehceleri.org

Haşiyə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

haşiyə

is. [ər.]
1. Parçanın və s.-nin kənarında rəngi, gülü, materialı cəhətdən ondan fərqlənən zolaq. Döşəmənin haşiyəsi. – Çarşabın kənarında yaşıl ipəklə tikilmiş haşiyələr var idi. M.S.Ordubadi. Xalçanın naxışlı yol-yol haşiyələri gözlərdə parıldayırdı. Mir Cəlal. // Parçanın, divar kağızının və s. kənarlarını çevrələyən zolaq. // Çərçivə.
2. Kitab və s.-nin səhifələrinin kənarında ağ yer. Kitabın haşiyəsi. // Həmin ağ yerdə yazılmış yazı, qeyd.
3. məc. Əsas məsələ ilə əlaqəsi olmayan və ya az əlaqəsi olan danışıq, ya yazı. Hə, hə – deyə, Naznaz Yarməmmədin haşiyəsinə qulaq asmayıb tələsdirdi. M.İbrahimov. • Haşiyə çıxmaq – mətləbdən kənara çıxmaq, əsas məsələni qoyub başqa şeylərdən danışmaq, ya yazmaq. Buradan bir haşiyə çıxıb keçən günlərə qayıdıram. C.Məmmədquluzadə. O, bir şəlalədir axır ürəkdən; Burda bir haşiyə çıxmalıyam mən. S.Vurğun.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

haşiyə

kənar, köbə, qıraq
{kenar, kıyı, uç}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

haşiyə

dipnot, kordon


Son arananlar: