turklehceleri.org

Fəvvarə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

fəvvarə

is. [ər.]
1. Təzyiq altında fışqıran su şırnağı; bu şırnağı fışqırtmaq üçün düzəldilən hovuz və qurğular; fontan. Fəvvarəni işə salmaq. Bakı bulvarının gözəl fəvvarələri var. – Gözüylə seyr edir, zövq alır qəlbən; Sərin hovuzlardan, fəvvarələrdən. S.Vurğun. [Çingiz Qəndaba:] Bir saatdan sonra fəvvarənin yanında səni gözləyəcəyəm, təkcə gəl, sözüm var. B.Bayramov.
2. məc. Bitməz-tükənməz, arasıkəsilməz şey, axın. Tüstü fəvvarəsi. Toz fəvvarəsi. – Hər tərəfdə top mərmilərinin göyə qaldırdığı qara torpaq fəvvarələri döyüş meydanını tufana tutulmuş fantastik bir meşəyə döndərmişdi. Ə.Məmmədxanlı. ‣ Fəvvarə vurmaq – sürətlə, gur surətdə axmaq, tökülmək.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

fəvvarə

fıskiye


Son arananlar: