turklehceleri.org

xeyr

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xeyr

əd. [ər.] Bir şeylə razı olmadıqda və ya verilən suala mənfi cavab üçün işlənir. Suallarla razısan? – Xeyr. Gəzmək istəyirsən? – Xeyr. Gələcəksənmi? – Xeyr. – Eldarı hələ unutmamışsınızmı? – Xeyr, unutmamışam. S.Hüseyn. [Vaqif:] Xeyr, yanıldınız, ona dil verən; Gözilə dünyada alovlar görən; Kəndistan yeridir, bəli, kəndistan! S.Vurğun. // Ümumiyyətlə, etiraz, narazılıq bildirir (bəzən təkrar şəklində). Xeyr, xeyr, – deyə qışqırdı. Xeyr, xeyr, razı deyiləm. – [Hacı Baxşəli:] Xeyr, Hacı Həsən ağa, qoy şeyx cənabları bizdə qonaq olsun. C.Məmmədquluzadə. [Sultan:] Xeyr, şəxs ola bilər ki, çox elm oxumuş olsun və tərbiyəsi az olsun. N.Nərimanov. // İnkar mənasında işlənir. – Xeyr, gözəl deyil, çirkindir. Xeyr, çox uşaqdır hələ. – [Həsən bəy:] Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? ..Məşədi İbadın pulu, malı, dövləti? Ü.Hacıbəyov. Ondan uzaqlarda bir səyyarə var; Xeyr, səyyarə yox, bir təyyarə var. M.Rahim.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xeyr

hayır

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

xeyr

a. 1. Sadaka 2. İyilik, hayır 3. Elveda, hoşçakal.


Son arananlar: