turklehceleri.org

Dilşad

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dilşad

sif. [fars.] klas. Ürəyi şad, könlü şad, fərəhli. Bir ləhzə bəzmi-yardə dilşadəm, ey könül; Aram tut, bu mətləbi biganə bilməsin. M.Ə.Sabir. • Dilşad etmək (eyləmək) – ürəyini şad etmək, sevindirmək, fərəhləndirmək. Ol edir kimini dilşad, kimini məhzun. Q.Zakir. Vay o gündən ki, məni ad elədiz; Elə bildiz də ki, dilşad elədiz. M.Ə.Sabir. Dilşad olmaq – ürəyi şad olmaq. Səni sevən olur həmişə dilşad; Soyun adəmidir, cinsin pərizad. M.P.Vaqif. Piri-meyxanə bu işdən təki dilşad olsun. S.Ə.Şirvani. Vaqif ancaq öz dostundan yetişən kağızdan xoşhal və dilşad olub. F.Köçərli.


Son arananlar: