uğurlu
Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)
uğurlu
ф. бәхетле
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
uğurlu
sif. Müvəffəqiyyətli, sonu, nəticəsi yaxşı olan, müsbət nəticələnən. Uğurlu nəticələr. Uğurlu ov. Zəhmətinin nəticəsi uğurlu oldu. Hücum uğurlu (z.) bitdi. – Kazım fəqət xəbərsizdi bu işdən; Xəbərsizdi bu uğurlu gedişdən. M.Müşfiq. Gümanlı-gümansız bu axtarışlar; Bəzən uğurludur, bəzən uğursuz. B.Vahabzadə. // Xoşbəxtlik gətirən; xoşbəxt, səadətli, şükümlü. Sən gəzdiyin yerlər gülçiçək açar; Çünki uğurludur ayağın sənin. S.Vurğun. Ölkəmizin günləri bir-birindən nurludur; Qayəmiz aydın, açıq, yolumuz uğurludur. R.Rza. • Uğurlu olsun! – uğur arzusu bildirir. Dağ-dərəni addan sən; Keç alovdan, oddan sən; Yolun uğurlu olsun; Gözlə özün yaddan sən. (Bayatı). Ey yolçu, uğurlu olsun səfərin! Buludsuz günəşlə doğsun səhərin! A.Şaiq. Yaxşı, səfərin uğurlu olsun, Ələmdar qardaş! – deyə, dəllək özünü ələ almağa çalışır, ancaq bacarmırdı. S.Rəhimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
uğurlu
I. müveffeqiyyətli
{başarılı}
II. bəxtli, xoşbəxt
{bahtlı, şanslı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
uğurlu
başarılı, isabetli