Dikəltmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dikəltmək
f.
1. Dik vəziyyətə gətirmək, dik tutmaq, dik qaldırmaq. [Rüstəm bəy:] Mahmud, Mahmud!.. Başını bir az dikəlt.. N.Vəzirov. Tüfəngimi dikəltdim, havada gəlirkən qolları arasından nişan aldım. A.Şaiq. At yalını qabartmış, quyruğunu dikəltmiş .. və kişnəyirdi. S.Rəhimov.
2. məc. Ayaq üstə qaldırmaq, araya çıxarmaq, müstəqil hala gətirmək.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dikəltmək
yükseltmek