Bığ
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
bığ
is.
1. Kişilərin üst dodaqlarının üstündə qırxılmamış saxlanan tük topası. Gələn oğlanın nazik, qara bığları .. geriyə daranmış uzun saçlarına qısılmış balaca qulaqları vardı. M.Hüseyn. Cuma əsgərlərdən birinin sallaq bığlarını görürdü. Ə.Əbülhəsən.
2. Heyvanların üst dodaqlarının hər iki tərəfindən çıxan uzun sərt tüklər. Pişik bığları. Pələng bığları. ‣ Bığ(ının) yeri (yenicə) tərləmək – həddibüluğa çatmaq. Bığ yeri yeni tərləyən bu gənc [Qasım ağa] naxışlı corabları ilə xalının üzəri ilə səssiz yüyürərək atasına yanaşdı. Çəmənzəminli. Bığının yeri yenicə tərləyən Kərim, ilk vaxtlardan hər cür ağırlığa dözməyə və qayğı çəkməyə başlamışdı. S.Rəhimov. Bığını burmaq məc. – lovğalanmaq, özünə güvənmək, təşəxxüs satmaq. Bığının altından gülmək – istehza etmək, ələ salmaq. Bığının altından keçmək – rüşvət vermək. Uzun-uzadı danışıqdan sonra başa düşdük ki, gərək .. Qəninin bığının altından keçək. H.Sarabski.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
bığ
bıyık